Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.
Yenisabah.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib.
"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyunun əsas vaxtı 2:2 heç-heçə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Belədə, 11 metrlik penalti zərbələrinə ehtiyac yaranıb. Zərbələri daha dəqiq yerinə yetirən Argentina dünya çempionu olub. Dominos pizza
Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.
18 dekabr
DÇ-2022, Final
19:00. Argentina – Fransa - 3:3 (Penaltilər seriyası - 4:2)
Qollar: Lionel Messi, 13-pen., 109, Di Mariya, 36 - Kilian Mbappe, 80-pen. 82, 118-pen.
Telegram kanalımız