Argentina yarımfinalda Xorvatiyaya rəqib oldu

saytların hazırlanması

Evə çatdırılma

Argentina yarımfinalda Xorvatiyaya rəqib oldu

İdman

10 Dekabr 2022 01:58 1013


Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub.

Yenisabah.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.

Gərgin mübarizə şəraitində keçən görüşdə Argentina 2 top fərqi ilə önə keçsə də, Niderland Vaut Veqhortsun dublu sayəsində tarazlığı bərpa edə bilib. Matçın əsas vaxtı 2-2 hesabı ilə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb. Komandalar əlavə vaxtda fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə Argentina daha dəqiq olub - 4:3. pizza sifarişi

Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

23:00. Niderland - Argentina - 2:2 (Penaltilər seriyası - 3:4)

Qollar: Vaut Veqhorst, 83, 90+11 - Nahuel Molina, 35, Lionel Messi, 73-pen. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!