Argentinaya veriləcək pul mükafatı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Argentinaya veriləcək pul mükafatı bəlli oldu

İdman

18 Dekabr 2022 23:40 1471


Dünya çempionatının qalibi olan komanda - Argentina 42 milyon dollar pul mükafatı qazanacaq.

Yenisabah.az xəbər verir ki, bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub.

İkinci yeri tutan komandaya - Fransaya isə 30 milyon dollar veriləcək. Sezar pizza

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə (3:3) bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina (4:2) olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!