Arif Babayevin səhhəti necədir?   - Yetirməsi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Arif Babayevin səhhəti necədir? - Yetirməsi danışdı

Mədəniyyət

21 İyun 2021 15:00 3277


Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var.

Bu barədə Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib.

Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq: Toyuqlu pizza

“Arif Babayevin səhhəti yaxşıdır.3-4 gündən bir əaqə saxlayıb maraqlanıram. Hər şey normaldır sadəcə bir müddət sonra Türkiyəyə yollanacaq. Reabilitasiya üçün gedəcək, ciddi bir şey yoxdur”.

Sənətçi A.Babayevin əməliyyat üçün Türkiyəyə aparılması bağlı yayılan xəbərləri təkzib edib:

“Bu barədə yayılan xəbərlər yanlışdır. Arif müəllim hazırda Bakıdadır, səhhəti də yaxşıdır. Bu barədə oğlu da təkzib verdi. Sadəcə müayinə üçün gedəcək”.  

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!