Arif Quliyevin məzardaşı niyə hazırlanmır?   - Nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyevin məzardaşı niyə hazırlanmır? - Nazirlikdən AÇIQLAMA

Mədəniyyət

24 İyun 2021 16:29 3379


Mərhum xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.

Nazirlikdən Yenicag.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, mətbuatda aktyorun ailəsinin maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədikləri və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədikləri ilə bağlı xəbərlər yayılsa da, daha sonra oğlu Rövşən Quliyev Yenisabah.az-a açıqlama verərək yayılan xəbərləri təkzib etmişdi. pizza mizza

Xatırladaq ki, xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı daşı hələ də hazırlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!