Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi 

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi 

Sağlamlıq

30 Mart 2024 11:37 3676


“Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər”. 

Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva “Doctor Piter” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imkan verəcək. pizza mizza

Mütəxəssis həmçinin qeyd edib ki, bu qidalarda kifayət qədər yağ var ki, bu da ödün fəaliyyəti üçün xeyirlidir.

Düzgün səhər yeməyinin əsasında zülallar, kompleks karbohidratlar və faydalı yağlar dayanır. Bu sadalananlar mədədə ağırlıq hiss etmədən oyanmağınıza kömək edəcəklər. Bundan əlavə, nahar vaxtına qədər aclıq hiss etməyəcəksiniz”, - deyə Dilyara Lebedeva bildirib.  

Qastroenteroloq əlavə edib ki, ideal səhər yeməyi üçün bir yumurta, bir-iki dilim pendir, mayasız çörək, avokado, xoşladığınız göyərtilərin yarpaqları, həmçinin toxum və ya qoz-fındıq lazımdır.(Oxu.az)  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!