Çəki problemi olanlar 10 günə 6 kilo arıqlaya bilər.
Adətən, pəhriz saxlayanlar deyirlər ki, ya heç arıqlamırıq, ya da itirdiyimiz çəkilər sonradan artıqlaması ilə geri qayıdır.
Yenisabah.az xəbər verir ki, bu problemin öhdəsindən "Aristotel pəhrizi" ilə gələ bilərsiniz. pizza sifarişi
Bu pəhrizin fəlsəfəsi var: düşüncəni dəyişərək arıqlamaq və kökəlməyin qarşısını almaq.
"Aristotel pəhrizi" qidalanma və həyat fəlsəfəsidir. Həkiminizlə məsləhətləşdikdən sonra ən az 3 həftə tətbiqi tövsiyə edilən bu pəhriz çiy tərəvəz və meyvələrdən ibarətdir.
Bu pəhrizlə həm beyninizi, həm ruhunuzu, həm də bədəninizi təmizləmək mümkündür.
"Aristotel pəhrizi"ni təqdim edirik:
- Səhər yeməyi səhər saat 08:00-da, şam yeməyi isə axşam saat 19:30-da yeyilməlidir. Bu müddətdə insan orqanizmi qidanın asanlıqla həzm olunmasını təmin edir. Həmin şəkildə bədən daha tez təmizlənir və çəki atır.
- Səhər yeməyindən yarım saat əvvəl ilıq su içmək lazımdır. Hətta ilıq suya 7-8 damcı limon suyu, ya da bir çay qaşığı bal əlavə etmək olar. Bununla həm mədə təmizlənir, həm də yağların yandırılması sürətlənir.
- Səhər, nahar və axşam yeməklərində proteinli qidalar tövsiyə olunur.
- Qəlyanaltılar zamanı qlütenli yeməklərdən istifadə olunmalıdır.
- "Aristotel pəhrizi"ndə üç əsas yemək və iki qəlyanaltı qəbul edilir, əsas yeməklər mütləq vaxtında yeyilməlidir.
- Tərəvəz və meyvələr çiy yeyilməlidir.
- Gündə on stəkan su içmək lazımdır.
- Gün ərzində 10.000 addım atmaq arıqlamağı asanlaşdırır. Bu pəhrizdə hərəkət vacibdir.
Gülxanım Əliyeva
Telegram kanalımız