“Arşın mal alan” operettası Ankarada yeni quruluşda təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

“Arşın mal alan” operettası Ankarada yeni quruluşda təqdim olundu

Mədəniyyət

14 Yanvar 2024 17:53 2766


Dahi Üzeyir Hacıbəylinin dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub.

Yenisabah.az xəbər verir ki, yanvarın 13-də tamaşanın premyerası keçirilib.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunub. Pepperoni pizza

Tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedov, mətn üzrə redaktoru Şenol Talınlı, dekor və kostyum üzrə rəssamı Yusuf Toker, işıq üzrə rəssamı Ali Gökdemir, xoreoqrafı Özge Ay, konsertmeysteri isə Erkin Onaydır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!