Artım 800 mindən çox şəxsi əhatə edir - Nazirlik 

Artım 800 mindən çox şəxsi əhatə edir - Nazirlik 

Sosial

13 Yanvar 2023 10:49 528


Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir. 

Bu barədə Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb: 

"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!