Artıq çəkili model və onun fit sevgilisi: Kobud tənqidlərə etik cavab

Artıq çəkili model və onun fit sevgilisi: Kobud tənqidlərə etik cavab

Şou Veb saytların hazırlanması

22 Sentyabr 2023 20:16 603


Kilolu qadınlar həm xarici görünüşləri, həm də şəxsi həyatları ilə bağlı sosial şəbəkələrdə tez-tez narahatedici şərhlərə məruz qala bilərlər.

25 yaşlı Mişel Nayla adlı tiktoker də bu problemlə qarşı-qarşıya qalıb. Böyük bədən modelliyi ilə məşğul olan Mişel tez-tez sosial şəbəkə hesabında fit bədən quruluşuna malik sevgili ilə görüntülərini paylaşır.

Yenisabah.az  xəbər verir ki,  "TikTok"da yayımladığı videolardan sonra sevgilisinin ona yaraşmadığını yazanların kobud şərhləri ilə üz-üzə qalan model onlara cavab verib.  

"TikTok"da onun sevgilisi ilə münasibətdə olduğuna inanmadığını yazanlara cavab verən Mişel  sevgilisinin iki il onu razı salmağa çalışdığını bildirib:

“Mən həmişə tək və güclü qadın olmaq istəmişəm. Hər kəsin ən yaxşı dostu, qonşusu, bacısı, dostu olmuşam, amma heç kəsin sevgilisi olmaq istəməmişəm. Tanış olmamışdan əvvəl mənə əlyazması ilə sevgi məktubları yazan və mənə aşiq olan bu adamla sevgili olduğum üçün xoşbəxtəm. Onunla tanış olana qədər tək səyahət edirdim. Lakin yanımda birinin olması o qədər də qorxulu deyilmiş".

Sosial şəbəkə istifadəçilərdən bir çoxu oğlanın kök qadınla sevgili olduğuna inanmadığını bildirib və onun videolarının saxta olduğunu iddia edib.

Həmin görüntüləri təqdim edirik:

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!