İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları “nəticə” verib. Belə ki, həmin "popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.
Siyasi şərhçi Əlabbas Məhərrəmov “Yeni Sabah”a danışarkən bu məsələyə münasibət bildirib:
“Səhv etmirəmsə, Musabəyov parlamentdə Bakının Nərimanov və Nizami rayonlarını təmsil edir. Rasim müəllim, nə oldu sizə? Beynəlxalq siyasətdən, politoloqluqdan hara gəlib çıxdınız? Bu küçə ticarəti və onların fəsadları elçisi olduğunuz rayonlarda daha kritik vəziyyətdədir. Bəlkə arabir o ərazilərdən də keçəsiniz? Seçicilərinizin bir qisminin yaşadığı Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzi yanıb kül oldu. Nə yanğın vaxtı, nə də sonradan sizi orada görən oldumu? “. pizza mizza
Ə.Məhərrəmov qeyd edib ki, R.Musabəyov xarici siyasətdə yetərincə savada, biliyə malikdir:
“Amma... Amması budur ki, gərək hərdən daxili siyasətlə də maraqlanasınız. Bilirsiniz ki, “Popkorn" satan qız sizin ucbatınızdan işsiz-çörəksiz qalıb. Onun ünvanını öyrəndinizmi ki, heç olmasa qızı axtarıb bir iş tapmasına kömək edəsiniz? Mən sabah seçkilərdə o qızın yaşadığı dairədən “namizədəm” deyib necə səs istəyim? Axı sizin timsalınızda bir deputat o qızı çörəksiz qoyub. Ona görə də “deputat” adını eşidəndə aqressiv davranırlar. Etməyin... Artıq gedin dincəlin. Səməd Seyidovun sözü olmasın, parlament həqiqətən də dəyişməlidir!”.
Telegram kanalımız