Arutunyan Xankəndidə qızına toy etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Arutunyan Xankəndidə qızına toy etdi - VİDEO

Hadisə

20 Aprel 2023 17:04 13185


Qarabağ separatçılarının başçısı Araik Arutunyan dünən Xankəndidə böyük qızına toy edib.

“Yeni Sabah” BAKU TV-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazır.

Məlumata görə, separatçıların rəhbəri qızının toyunu çox dar çərçivədə edib. Sezar pizza

Mərasimdə yalnız bəy və gəlinin yaxın qohumları, dostları və Araik Arutunyanın ətrafındakı ən yaxın separatçılar iştirak ediblər.

Tədbirin təmtəraqsız keçirildiyi bildirilib. Buna səbəb kimi, Araikin Qarabağdakı vəziyyətə görə böyük səs-küy salmamağa çalışdığı vurğulanıb.

"Joxovurd" qeyd edir ki, bəy Xocalı rayonunun ermənilər yaşayan Təzəbinə kəndindəndir.

Onun Araik Arutunyanın qızının tələbə yoldaşı olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!