Arvadını ağacla döyən şəxsə elektron qolbaq taxıldı

saytların hazırlanması

Evə çatdırılma

Arvadını ağacla döyən şəxsə elektron qolbaq taxıldı

Hadisə

13 Aprel 2023 15:26 884


Ağdaş Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Elnur Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.  Toyuqlu pizza

İttihama görə, hadisə Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən evdə qeydə alınıb. 

Belə ki, Elnur Quliyev rəsmi olaraq evli olduğu, lakin ayrı yaşadığı arvadı Sənəm Quliyevanı qısqanclıq zəminində döyüb. O, ağac budağı ilə zərərçəkmiş şəxsin qəsdən baş nahiyəsinə 2 dəfə zərbə vuraraq xəsarət yetirib. 

Daha sonra Elnur Quliyev qadının şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!