Arvadını döyə-döyə öldürən kişiyə 10 il 6 ay cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını döyə-döyə öldürən kişiyə 10 il 6 ay cəza verildi

Kriminal

15 Aprel 2022 12:01 474


Oğuzda arvadını döyərək öldürməkdə təqsirləndirilən Vaqif Muştaqova hökm oxunub və o, 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Sezar pizza

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrın 21-də Oğuz rayonunun Böyük Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 1958-ci təvəllüdlü V.Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Nəticədə qadın almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

V.Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!