Arvadını məftillə boğaraq öldürən şəxsə 10 il cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını məftillə boğaraq öldürən şəxsə 10 il cəza verildi

Kriminal

11 May 2022 12:16 327


Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. 

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. pizza

Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!