Arvadını öldürən şəxsə 18 il cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürən şəxsə 18 il cəza verildi

Kriminal

20 Mart 2022 10:55 371


Masallıda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır. pizza hut

Qeyd edək ki, hadisə 2021-ci il mayın 29-da Masallı rayonu ərazisində qeydə alınıb. Belə ki, R.Orucov həyat yoldaşı Ruhiyyə Şükürovanı aralarında ailə-məişət zəminində baş veən mübahisə zamanı üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!