Arvadının boğazını kəsən kişiyə 17 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadının boğazını kəsən kişiyə 17 il həbs verildi

Kriminal

10 İyun 2022 16:16 1202


Bakı Ağır Cinayətlər Məhkəməsində Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Musayev 17 il azadlıqdan məhrum edilib. pizza sifarişi

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb. Pirallahı qəsəbəsində 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Faktla bağlı Ə.Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!