Astara polisindən əməliyyat - Cinayət başında saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Astara polisindən əməliyyat - Cinayət başında saxlanıldı - Foto

Hadisə

17 Yanvar 2020 07:59 1243


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narotik vasitə heroini 4000 manata satarkən cinayət başında saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla T.Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiyi, qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satışını təşkil etməkdən ötrü götürdüyü müəyyən olunub. 

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!