Astara sakininin həyətindən torpağa basdırılmış 1 kiloqram narkotik tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Astara sakininin həyətindən torpağa basdırılmış 1 kiloqram narkotik tapıldı

Kriminal

07 Dekabr 2021 12:45 817


Astarada torpağa basdırılmış 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bilinən rayonun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onun həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!