Astarada 20-dən çox sürücü cərimə olundu

saytların hazırlanması

Evə çatdırılma

Astarada 20-dən çox sürücü cərimə olundu

Kriminal

03 Aprel 2022 12:08 474


Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Astara rayonunda reydlər təşkil olunub.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən, yükdaşıma qaydalarını pozan və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Həmçinin, karantin rejim qaydalarının tələblərinə ictimai nəqliyyatda əməl olunması da yoxlanılıb və aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, sürücülərlə bu istiqamətdə izahedici söhbətlər aparılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!