Astarada motosiklet piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Astarada motosiklet piyadanı vurdu

Hadisə

10 Fevral 2022 12:53 670


Astarada motosiklet piyadanı vurub.

“Report”un məlumatına görə, hadisə şəhər ərazisində, “Gənclər Mərkəzi”nin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan motosiklet rayonun Rüdəkəran kənd sakini, 1998-ci il təvəllüdlü Anar İzzət oğlu Əhədzadəni vurub. Nəticədə piyada ağır xəsarət alıb. Dominos pizza

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Əhədzadəyə bud sümüyünün sınığı diaqnozu qoyulub. Zəruri tibbi yardım edildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!