Astarada ustanın ehtiyatsızlığı ölümlə nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

Astarada ustanın ehtiyatsızlığı ölümlə nəticələndi

Hadisə

18 İyun 2023 16:35 782


Astara rayonun Pensər kəndində ustanın ehtiyatsızlığı faciəyə səbəb olub.

“Report”un məlumatına görə, tikinti materiallarının satışı obyektində Ərçivan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu diskli kəsici alətlə (laqonda) işləyən zaman anidən partlayış baş verib.

Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F. Zeynalova baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub. Marqarita pizza

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, usta istifadəsiz metal çəlləyi kəsmək istəyib. Bu zaman partlayış baş verib.

Ehtimal olunur ki, çənin içərisində hansısa kimyəvi maddənin və ya məhlulun qalıqları olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!