Ata oğlunu avtomobillə vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Ata oğlunu avtomobillə vuraraq öldürdü

Hadisə

21 Dekabr 2025 12:43 420


Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalaraq faciəvi şəkildə ölüb. pizza sifarişi

Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!