Ata qəza törətdi, bələkdəki oğlu öldü

saytların hazırlanması

Evə çatdırılma

Ata qəza törətdi, bələkdəki oğlu öldü

Hadisə

20 İyul 2023 10:26 995


Tərtərdə avtomobil qəzası baş verib. 

Yenisabah.az-ın məlumatına görə, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. O, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov həlak olub.  pizza mizza

Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!