Ata uşaqlarını döyürmüş: İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Ata uşaqlarını döyürmüş: İDDİA

Hadisə

17 Dekabr 2025 22:49 522


Ağstafada uşaqların atası tərəfindən döyüldüyü iddia edilib.

“Yeni Sabah” xəbər verir ki,  APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni gün kəndində baş verib.

Uşaqların anası Günel Bayramova iddia edir ki, onun həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş. Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb, işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər. Sezar pizza

Azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər. Ağstafa rayon Xəstəxanasından isə bildirilib ki,müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.

Qeyd edək ki, uşaqlardan ikisi oğlan, biri qızdır.

Sözügedən azyaşlılar aidiyyəti qrumların əməkdaşları ilə bilrikdə ekspertizaya cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki, məsələ ilə bağlı Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!