“Atamın o halını görəndə ürəyimiz partladı” - Arif Quliyevin qızı

saytların hazırlanması

Evə çatdırılma

“Atamın o halını görəndə ürəyimiz partladı” - Arif Quliyevin qızı

Mədəniyyət

28 Aprel 2021 19:05 1441


Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

Yenisabah.az xəbər verir ki, “Bizimləsən” proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

“Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır”. Sezar pizza

G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən “Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik”, - sözlərini deyib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!