“Əfqanıstanı ancaq təhsil xilas edə bilər, o da indi, təəssüf ki, mümkün görünmür”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, nümunə olaraq “Apple”ın qurucusu Stiv Cobsun həyatını göstərib:
“Yəqin, bir çoxunuz Kabul Hava Limanında “Taliban”dan qurtulmaq üçün öz körpəsini əsgərlərə verən ananın tükürpədən kadrlarını gördüz, dəhşətli mənzərədir. Bəzi məlumatlara görə ,əsgər bizim sülhməramlıdır. Ümid edirəm ki, bizim əsgər həmin körpəni sağ-salamat ABŞ ordusuna təslim edəcək və o körpənin möhtəşəm gələcəyi, həyatı olacaq. pizza
Dünyada texnalogiya sahəsində əsl inqilab edən "Apple"ın qurucusu Stiv Cobsun atası Suriyalı bir gəncdir - Əbdülfəttah Candali, ABŞ-da oxuyan zaman bir nəfər xanımla tanış olub və Stiv dünyaya gəlib, sonra Əbdülfəttah Suriyaya geri dönəndə uşaqdan imtina edib, özü ilə aparmayıb. Bioloji anası Coan Şibli də ondan imtina edib, balaca Stivi Pol Cobs ailəsi övladlığa götürüb.
Bir anlıq düşünün ki, Əbdülfəttah oğlunu Suriyaya geri aparardı, o zaman dünyada "Apple" şirkəti də olmazdı, Stiv isə, bəlkə də, böyüyüb "İŞİD"ə qoşulardı.
Yaxşı insanları, gözəl təhsili, güclü rəqabət mühiti olan ölkə "əbdülfətrahları" dəyişib "cobslar" edə bilər. Ona görə də Əfqanıstanı da ancaq təhsil xilas edə bilər, o da indi, təəssüf ki, mümkün görünmür.
Ümid edirəm ki, Kabul Hava Limanında həyatı xilas olan o körpə də böyüyüb Dünyanı yaxşılığa doğru dəyişən bir insan olacaq”.
Telegram kanalımız