İranın mərhum Ali Rəhbəri Ayətullah Xamnəinin oğlu Müctəba Xamnəi varisliyə əsas namizəddir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinə məlumatlı mənbələr danışıb.
İranın növbəti ali liderinin seçilməsindən məsul olan yüksək vəzifəli ruhanilər martın 3-də namizədləri müzakirə etmək üçün bir araya gəliblər və Xamnəinin oğlu açıq-aydın favoritdir. pizza sifarişi
NYT-nin mənbələri ruhanilərin Müctəba Xameneinin varisliyini martın 4-də səhər tezdən elan etməyi düşündüklərini bildiriblər. Lakin bəziləri bunun onu ABŞ və İsrailin hədəfinə çevirə biləcəyindən ehtiyat edirlər.
Xatırlatma: İranın Ali Rəhbəri Ayətullah Xamnəi fevralın 28-də ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.
Telegram kanalımız