Atasının söhbəti hamını kövrəltdi -   Şəhid Samir kimdir? - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Atasının söhbəti hamını kövrəltdi - Şəhid Samir kimdir? - FOTOLAR

Siyasət

10 May 2026 19:50 172


Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb. Görüş zamanı Prezidentin 44 günlük Vətən müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə dialoqu diqqət çəkib. O, şəhid atasına xüsusi sayğı və həssaslıqla yanaşıb. Həmin anları əks etdirən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

"Yeni Sabah" şəhid Samir Sarıyevin həyat və döyüş yolunu təqdim edir. 

Sarıyev Samir Əli oğlu 1993-cü il noyabrın 26-da Şirvan şəhərində anadan olub. Buradakı 202 saylı orta məktəbdə təhsil alıb. pizza

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi S.Sarıyev könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub. 

Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik, qəhrəmanlıq və şücaət göstərib. 

Oktyabrın 23-də Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham Əliyevin sərəncamları ilə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Samir Sarıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!