Bananların tərkibində təbii olaraq radioaktiv maddə olduğu açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, alimlərin araşdırmalarına görə, bananın tərkibində olan kalium elementinin kiçik bir hissəsi radioaktiv izotop olan kalium-40-dan ibarətdir.
Bildirilib ki, kalium-40 parçalanarkən bəzi hallarda elektronların antimaddə qarşılığı hesab olunan pozitronlar meydana çıxır. Bu pozitronlar elektronlarla qarşılaşdıqda bir-birini məhv edir və nəticədə kiçik enerji partlayışları şəklində qamma şüaları yaranır. pizza sifarişi
Mütəxəssislər qeyd edirlər ki, bu proses texniki baxımdan bananların çox kiçik miqdarda antimaddə yaratdığı anlamına gəlsə də, həmin təsir son dərəcə zəifdir və insan sağlamlığı üçün tamamilə zərərsiz hesab olunur.
Həmçinin vurğulanır ki, insanlar gündəlik həyatda qida məhsulları və ətraf mühit vasitəsilə davamlı olaraq aşağı səviyyəli təbii radiasiyaya məruz qalırlar. Bu səbəbdən banan nümunəsi radioaktivlik və antimaddə anlayışını sadə formada izah etmək üçün ən çox istifadə olunan misallardan biri sayılır.
Aytac Əliyeva
Telegram kanalımız