DYP cərimələrində “35% endirim” tələsi – Vətəndaşlara XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DYP cərimələrində “35% endirim” tələsi – Vətəndaşlara XƏBƏRDARLIQ

Sosial

10 May 2026 10:14 876


DYP cərimələrini 35 faiz endirimlə ödə... Qarşınıza çıxan belə paylaşımlara aldanmayın. “Yeni Sabah” xəbər verir ki, onlayn platformalarda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin guya endirimlə ödənilməsi ilə bağlı müxtəlif paylaşımlar yayılır.

Həmin səhifələri idarə edən şəxslər bildirirlər ki, yol hərəkəti qaydalarını pozmağa görə gələn cərimlərin məbləğində guya endirim etmək mümkündür.

Apardığımız müşahidələr göstərir ki, belə saxta paylaşımlara inanların sayı az deyil. Bəzi hallarda vətəndaşlar göstərilən kart hesablarına pul köçürsələr də, cərimələr təbii ki, silinmir. Buna baxmayaraq, yenidən həmin dələduzların kartına köçürmə edənlər olur. Dördpendirli pizza

Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qeyd olunan internet səhifələrinin rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər də vətəndaşları diqqətli olmağa çağırır. Bildirilir ki, bu kimi halların məqsədi vətəndaşları aldadaraq maddi və şəxsi məlumatlarını ələ keçirməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!