Nazir Azərbaycanda modul tipli məktəblərin tikilməsindən   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Nazir Azərbaycanda modul tipli məktəblərin tikilməsindən DANIŞDI

Siyasət

10 May 2026 12:11 233


"Bu il Azərbaycanda təxminən 100-dən artıq modul tipli məktəb tikiləcək".

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, qəzalı məktəblərdən danışarkən deyib ki, hazırda bu istiqamətlər üzrə işlər aparılır: pizza hut

"Ölkədə qəzalı məktəblər az sayda olsa da var. Lakin son beş ildə nazirlik, Heydər Əliyev Fondu və digər sponsorlar hesabına ümumilikdə 1 000-dək məktəb yenidən ya tikilib, ya da təmir olunub. Əsasən, məktəblərimizin böyük qismində vəziyyət yaxşıdır. Digər məktəbləri də müəyyən ardıcıllıqla təmir edirik. Birinci böyük həcmli məktəbi təmir etməyə çalışırıq. Çünki bu məktəblər təhsil baxımından daha çox uşağın həyatını dəyişə bilər.

Kiçik məktəblərə münasibətdə də modul tipli məktəbləri tikməyə çalışırıq. Bu il 100-dən artıq modul tipli məktəbi müxtəlif bölgələrdə tikməyi planlayırıq. Proses tədricən gedir. Çünki eyni anda məktəblər tikmək fiziki olaraq mümkün deyil. Maliyyə vəziyyətindən asılı olaraq məktəblərdə tikintiləri başa çatdıracağıq", - deyə nazir bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!