ATV-də xınayaxdı qalmaqalı: “Adama uşaq olmağı da qadağan edirsiniz!” - Video

saytların hazırlanması

Evə çatdırılma

ATV-də xınayaxdı qalmaqalı: “Adama uşaq olmağı da qadağan edirsiniz!” - Video

Şou

11 Oktyabr 2023 13:48 969


ATV kanalında yayımlanan "7 tamam" verilişində, canlı efirdə robot kostyumunda olan şəxsə "xınayaxdı" keçirilib. Ona "xınayxadı"nı şairə Nazilə Səfərli edib.

Yenisabah.az xəbər verir ki, görüntülər qısa zamanda sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub və cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri elmi məqsədlər üçün istifadə edilən robotun efirdə məişət mövzusuna alət edilməsini sərt şəkildə qınayıb.

Nazilə Səfərli məsələyə səssiz qalmayıb və açıqlama verib: pizza mizza

“Yuxudan durandan telefonum susmur. "Efirdə robota xınayaxdı ediblər, görünməmiş hadisədir"... Guya bunu heç görməmisiniz, heç yaşamamısınız. Bütün qız uşaqlarına kukla almırsınız? Onlar kuklaya toy edir, ev düzəldir, yemək bişirir. Bu da bir kukladır da. Robot nədir ki? Bənzər şeylərdir. Mən də robotu görəndə uşaqlıq yaddaşım oyandı, dedim, bunun üçün bir az mahnı oxuyum. Adama uşaq olmağı da qadağan edirsiniz, bəsdir!

Efirə çıxıb gözəl şeir deyirsən, dastan danışırsan, baxan varmı? Baxmırsınız! Elə Nanə sizə haqq edir, robotlara xına yaxdırır!  Robot da çox çirkin idi, qorxmuşam. Özü də xına zad yox idi, orda xına nə gəzirdi? Sadəcə biz təbliğ etmişik ki, sən robotsan, sənin əlin xına götürməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!