Avroliqada pley-off başlayır   - Günün matçları

saytların hazırlanması

Evə çatdırılma

Avroliqada pley-off başlayır - Günün matçları

İdman

18 Avqust 2022 09:46 1014


Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, ilk gündə 10 görüş keçiriləcək. Matçların hamısı eyni günə planlaşdırılıb.

Belə ki, "Sivasspor" İsveçrədə "Malmö"nün, "Fənərbaxça" isə Avstriyada "Austriya"nı (Vyana) qonağı olacaq. Marqarita pizza

UEFA Avropa Liqası, pley-off mərhələsində ilk oyunlar

18 avqust

20:00. HİK (Finlandiya) - "Silkeborq" (Danimarka)

20:30. "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya)

21:00. "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya)

21:00. "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə)

21:00. "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan)

21:00. "Pünik" (Ermənistan) - "Şerif" (Moldova)

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr)

22:30. Gent (Belçika) - Omoniya (Kipr)

23:00. "Austriya" (Vyana, Avstriya) - "Fənərbaxça" (Türkiyə)

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!