Avropa Birliyi Türkiyənin Diyarbəkr, Mardin və Van böyükşəhər bələdiyyə başqanlarının vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, Avropa Birliyinin Türkiyə üzrə məruzəçisi Kati Piri bələdiyyə başqanlarının vəzifəsindən kənarlaşdırılmasını xalqın iradəsinə hörmətsizlik kimi qiymətləndirib.
“Diyarbəkir, Mardin və Van bələdiyyə başqanları seçkilərdən 5 ay sonra "terror ittihamı"yla dəyişdirildi. Təkrar. Xalqın iradəsinə sıfır hörmət", - deyə Avropa Birliyi rəsmisi “Twitter” hesabında yazdığı statusda bildirib. Marqarita pizza
Xatırladaq ki, bu gün Türkiyənin Daxili İşlər Nazirliyi Diyarbəkr, Mardin və Vanda əməliyyat keçirib. Bu şəhərlərin bələdiyyə başqanları Adnan Səlcuk Mızraklı, Əhməd Türk və Bedia Özgökçə Ərtan terror ittihamı ilə vəzifədən uzaqlaşdırılıb.
Onlar PKK-nın siyasi qanadı kimi tanınan HDP-nin (Halkların Demokratik Partisi) xəttilə bələdiyyə başqanı seçilmişdilər.
Yenisabah.az
Telegram kanalımız