Avropa Birliyindən Ukraynaya sanksiya

saytların hazırlanması

Evə çatdırılma

Avropa Birliyindən Ukraynaya sanksiya

Dünya

04 Sentyabr 2019 22:39 1072


Avropa Birliyi Ukraynadan meyvə və tərəvəz idxal olunmasına qadağa qoyub.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın meyvə-tərəvəz assosiasiyasının saytı xəbər yayıb.

Xəbərdə bildirilib ki, qadağa alma, armud, badımcan, pomidor, bibər və digər tərəvəzlərə aid edilib. pizza mizza

AB bu qərarını ittifaq ölkələrinin əhalisini zərərli mikoorqanizmlərdən qorumaqla əsaslandırıb.

Mövcud qanunvericiliyə görə, AB üzvü olmayan ölkələr mütləq təhlükəli mikrobların olmaması ilə bağlı sənədlər təqdim etməlidirlər.

Qeyd edək ki, Ukrayna bu sənədləri təqdim etsə də, hələlik Avropa Komissiyasının qərarı açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!