“Avropa İttifaqı Azərbaycanda ən böyük investordur“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Avropa İttifaqı Azərbaycanda ən böyük investordur“ - Nazir

Siyasət

13 May 2019 15:24 903


"Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".

"Yeni Sabah"ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

"Həmçinin, Aİ Azərbaycanda ən böyük investordur. Fəxrlə bildirirəm ki, ənənəvi birgə Aİ-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum da 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcəkdir. İnanıram ki, bəzi və hətta ola bilsin ki çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycan ilə birgə təmsil edəcəklər. Sezar pizza

Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz haqda çox şey öyrənirik.  Bu, özlüyündə çox məhsuldar işdir.

Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!