Avropa İttifaqı Əfqanıstandan olan qaçqınların humanitar ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan vəsaitin miqdarını 57 milyon avrodan 200 milyon avroya qaldırıb.
Yenisabah.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen G7 liderlərinin videokonfransında deyib.
Xatırladaq ki, Komissiyanın sədri ötən Şənbə günü Aİ-nin bu il üçün Əfqanıstana 57 milyon avro səviyyəsində planlaşdırdığı humanitar yardım miqdarını əhəmiyyətli dərəcədə genişləndirəcəyini bildirib. pizza mizza
Yeni səlahiyyətlilər insan haqlarına riayət etməyə başlayana qədər 1 milyard avro dəyərindəki iqtisadi yardımların isə dondurulacağı diqqətə çatdırılıb.
Telegram kanalımız