Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Yenisabah.az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.
İtaliyada baş tutacaq matçlarda “Juventus” İspaniya “Sevilla”sını, “Roma” isə Almaniyanın “Bayer 04 Leverkusen” klubunu qəbul edəcək. pizza
Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
Bu gün UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
“Fiorentina” İtaliyada İsveçrə “Basel”ini qəbul edəcək. Digər matçda isə Niderlandın “AZ Alkmaar” klubu İngiltərədə “West Ham”in qonağı olacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Telegram kanalımız