Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Avropanın 36 liqası ilə bağlı hesabat: Azərbaycanın adı yoxdur

İdman

14 Fevral 2022 09:45 679


CİES Avropanın 36 liqası ilə bağlı hesabat hazırlayıb.

Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, son 4 mövsüm ərzində hər çempionatın oyunlarının orta hesabla nə qədər davam etdiyi müəyyənləşib.

Niderland Erediviziyası birinci pillədədir. Bu çempionatın hər matçında 90 dəqiqənin 63 dəqiqə 21 saniyəsi top oyunda olur. Marqarita pizza

İsveç Allsvenskası cəmi 16 saniyə geri qalır. Üçüncü olan Rusiya Premyer Liqasında hər oyun 63 dəqiqə sürür.

Çexiyanın Birinci liqası isə son sıradadır – 54 dəqiqə 55 saniyə. İspaniya Sequndasının görüşləri 11 saniyə uzun sürür. Şotlandiya Premyerşipində bu rəqəm 55 dəqiqə 38 saniyə təşkil edir.

Qeyd edək ki, Azərbaycan çempionatı 36 liqa sırasında düşməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!