Avstriya kansleri Sebastian Kurz Əfqanıstandan qaçqın qəbuluna qarşı çıxıb.
Yenisabah.az xəbər verir ki, "Avstriya Puls 24" telekanalının efirində o deyib:
"Mən birmənalı şəkildə könüllü olaraq daha çox adam qəbul etməyimizin əleyhinəyəm, kansler olduğum müddətdə də bu olmayacaq". Dominos pizza
Sebastian Kurzun sözlərinə görə, Avstriya artıq 40 mindən çox əfqanı qəbul edib.
O qeyd edib ki, ölkənin özündə əhaliyə kömək etmək daha yaxşıdır. "Xüsusilə qadınlara və əhalinin təhlükəsizlik vəziyyətinə gəldikdə, çox böyük bir məsuliyyət daşıyırıq".
Kansler Avstriyanın adambaşına düşən dünyanın ən böyük Əfqanıstan cəmiyyətlərindən birinə sahib olduğunu və ölkənin artıq Əfqanların cəmiyyətə inteqrasiyasında böyük problemlərlə üzləşdiyini də bildirib.
Telegram kanalımız