Avstriyanın 4 futbolçusu millimizlə oyunu buraxacaq 

saytların hazırlanması

Evə çatdırılma

Avstriyanın 4 futbolçusu millimizlə oyunu buraxacaq 

İdman

20 Mart 2023 18:59 831


Avro-2024-ün seçmə mərhələsində ilk oyununu millimizə qarşı keçirəcək Avstriya yığmasının daha üç futbolçusu heyətdən kənarlaşdırılıb. 

Yenisabah.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Filip Linxart ("Frayburq"), Matias Honsak ("Darmştadt") və  Marko Arnautoviç ("Bolonya") zədə səbəbindən millinin düşərgəsini tərk edib. 

Onların əvəzinə "Verder"dən Romano Şmid, "Salernitana"dan Flavius Danilyuka dəvət göndərib.  Sezar pizza

Qeyd edək ki, bundan əvvəl "Lask"ın qapıçısı Aleksander Şlager də zədə səbəbdən heyətdən kənarlaşdırılıb. 

Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!