Avtombilin rəngini dəyişmək olar, bəs ban növünü? – “Bu, problem yaratmır”

saytların hazırlanması

Evə çatdırılma

Avtombilin rəngini dəyişmək olar, bəs ban növünü? – “Bu, problem yaratmır”

Sosial

20 Fevral 2025 16:26 337


Bəzi hallarda sürücülər avtomobillərin müəyyən hissələrini və detallarını kəsərək, nəqliyyat vasitəsinin ban növünü dəyişirlər. Bu daha çox köhnə sovet maşınlarında və bir sıra yük maşınlarında özünü göstərir.

Digər bir məsələ nəqliyyat vasitələrinin rəngi ilə bağlıdır. Bir çox sürücülər qanunvericiliyin bu tərəfdən xəbərsizdir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Aqil Rəhimov bildirib ki, avtomobilin ban növünün (sedan, SUV, pecbek və s.) dəyişdirilməsinə qanunla icazə verilmir: Dominos pizza

“Avtomobilin rəngini dəyişdirmək olar, lakin bunun üçün nəqliyyat vasitəsinin texniki pasportu dəyişməlidir. Ban növünün dəyişdirilməsinə isə icazə verilmir. Yalnız xüsusi hallarda Dövlət Yol Polisində qeydiyyatdan keçirmək şərti ilə bunu etmək olar. Onun üçün də DYP-dən icazə alınmalıdır. Eyni formada maşının rəngini dəyişmək üçün də Dövlət Yol Polisinə müraciət etmək lazımdır. Yəni qanunla bu mümkündür”.

Ekspert, həmçinin avtoqəzalar zamanı nəqliyyat vasitəsinin zərər dəymiş hissəsinin müvəqqəti rənglənməsi hallarına da aydınlıq gətirib:

“Əgər rəngi dəyişdirilmiş hissə avtomobilin kiçik bir hissəsi, yaxud xırda detalıdırsa, bu, problem yaratmır. Yox əgər maşının üzəri başdan-ayağa başqa rənglə rənglənibsə, ona artıq cərimə düşür”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!