Avtomobil qaçıran keçmiş məhkumlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil qaçıran keçmiş məhkumlar saxlanıldı

Kriminal

29 May 2019 09:33 1035


Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T.Mustafazadə mayın 27-də gecə saatlarında iki sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “VAZ 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkumluq həyatı yaşamış Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyənləşib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!