Avtomobil qaçıran şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil qaçıran şəxs saxlanıldı

Kriminal

27 May 2019 08:17 1013


Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib. Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. 

Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, A. Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib. Toyuqlu pizza

Fakla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!