Sabirabadda qaz xəttinə çırpılan avtomobil yanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, rayonun Şəhriyar kəndində "Nissan" markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. pizza hut
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız