Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

Hadisə

30 Sentyabr 2023 20:54 495


Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Yenisabah.az xəbər verir ki, Bəhmən Xudayar oğlu Məmmədov “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Pərnisə Əmirqulu qızı Qasımovanı vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır./APA pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!