Avtomobillərin utilizasiyası prosesi niyə başlamır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin utilizasiyası prosesi niyə başlamır? - Video

Sosial

16 Oktyabr 2024 00:19 850


Avtomobillərin utilizasiyası mərkəzləri gələn ildən fəaliyyətə başlaya bilər.

Xezerxeber.az-ın məlumatına görə, 2024-cü il fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır.

İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Statistikaya əsasən ölkədə 10 ildən çox yaşı olan avtomobillərin sayı 80% təşkil edir. pizza

Bəs proses hazırda hansı mərhələdədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, artıq Avtomobillərin Utilizasiyası Fonduna müəyyən məbləğdə vəsait toplanıb.

"Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, "Tullantılar haqqında" qanunda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı sentyabrın 1-də qüvvəyə minmiş müddəalara uyğun olaraq utilizatorların qeydiyyatı aparılır. Hazırda prosesin həyata keçirilməsi məqsədilə yaradılan infrastruktur və proqram təminatı sınaq mərhələsindədir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!