Avtoqəza zamanı qarşılıqlı razılaşma: Bu, sürücünü məsuliyyətdən azad edir?

saytların hazırlanması

Evə çatdırılma

Avtoqəza zamanı qarşılıqlı razılaşma: Bu, sürücünü məsuliyyətdən azad edir?

Sosial

18 Mart 2025 13:42 1062


Yüngül avtoqəzalar zamanı, adətən, nəqliyyat vasitəsinə zərər dəysə də, ölüm və ya bədən xəsarəti olmur. Bir qayda olaraq, tərəflər, yəni avtomobil sahibləri qarşılıqlı razılığa gəlirlər. Daha doğrusu, qəzay bais olmuş sürücü zərərçəkmiş tərəfin bütün xərclərini ödəməyi öz üzərinə götürür.

Bəs belə hallarda sürücülərə hansısa cərimə, yaxud digər sanksiya tətbiq edilirmi?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, polis tərəflərin qarşılıqlı razılaşmanı nəzərə almalı, lakin sürücülər mütləq hadisə ilə bağlı Dövlət Yol Polisinə məlumat verməlidir: pizza

“Əgər iki avtomobilin iştirakı ilə yüngül qəza olubsa və heç kim xəsarət almayıbsa, sürücülər öz aralarında razılığa gələ bilər. Əlbəttə, polis tərəflərin qarşılıqlı razılaşmasını nəzərə almalıdır. Sadəcə burada qaydalarda bir məsələ var ki, baş verən qəza haqqında sürücü Dövlət Yol Polisinə məlumat verməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!