“Avtoşluq“ edib “Tik-Tok”da görüntülərini paylaşan sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Avtoşluq“ edib “Tik-Tok”da görüntülərini paylaşan sürücü tutuldu

Kriminal

31 Oktyabr 2022 10:54 918


Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar. 

Bu barədə Yenisabah.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb. pizza sifarişi

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!